Türk ordusu Haftarı qorxuya saldı – Generaldan yeni anlaşma

Liviya Milli Ordusunun komandanı general Xəlifə Haftar silahlı pilotsuz uçuş aparatları (PUA) almaq üçün İordaniya Hava Qüvvələri ilə anlaşıb.

Türk ordusu Haftarı qorxuya saldı – Generaldan yeni anlaşma
https://peyk.az

Peyk.az xəbər verir ki, Türkiyənin silahlı PUA-larından narahat olan Haftar hərəkətə keçərək İordaniyadan 6 ədəd Çin istehsalı olan CH-4 tipli PUA almaq üçün razılığa gəlib.

Texniki baxımdan olduqca mürəkkəb olan CH-4-lər üçün Haftarın rus texniklərindən kömək alacağı iddia edilir.

Silahlı CH-4 PUA-lar İraq, Səudiyyə Ərəbistanı, İordaniya və Misir tərəfindən istifadə olunur.

Qeyd edək ki, Liviya Milli Razılıq Hökumətinin Türkiyədən aldığı dronlarla uğurlu əməliyyat keçirməsi Haftarı silahlı PUA-lar almağa vadar edib.

Xatırladaq ki, hazırda bir çox ölkələr ölümcül koronavirusun geniş yayıldığı Çində istehsal olunan məhsullardan imtina edir.