Türk Pentaqonun 23 milyon dollarını mənimsədi – Şok olay

Fəthullahçı Terror Təşkilatının (FETÖ) Nyu-Çersi ştatında yaşayan üzvü Hürriyət Arslan ABŞ Müdafiə Nazirliyinin 23.5 milyon dollar vəsaitini mənimsəməkdə ittiham edilib.

Türk Pentaqonun 23 milyon dollarını mənimsədi – Şok olay
https://peyk.az

Peyk.az xəbər verir ki, məlumatda 49 yaşlı Arslanın FETÖ lideri Abdullah Gülənin Penslivaniya ştatındakı evində işlədiyini, təşkilatda müham mövqe tutduğu bildirilib.

“Forum USA”da yer alan xəbərə görə, Arslan Pentaqona məxsus pulları fırıldaqçılıqla əldə etmək üçün ABŞ, Türkiyə və Almaniyadakı cinayət ortaqları ilə saxta sənədlər hazırlayıb.

23.5 milyon dollar həcmində vəsaitin ABŞ-ın Cənub-şərqi Asiyadakı hərbi qüvvələrinə məxsus qırıcılarının yanacağı üçün nəzərdə tutulduğu, lakin FETÖ üzvünün saxta sənədlərlə bankları aldadaraq, “çirkli pulları” yuduğu vurğulanıb.

ABŞ Ədliyyə Nazirliyinin yaydığı açıqlamada Arslanın qırıcı təyyarə yanacağı üçün Pentaqonla müqavilə imzalamış şirkətin əməkdaşlarını şantaj və təhdid edərək pulları mənimsədiyi təsdiq edilib. Beləliklə, Pentaqon bilmədən hərbi qüvvələr üçün nəzərdə tutulan 23.5 milyon dollar həcmindəki pulu şirkətin yox, Arslanın bank hesabına köçürüb.