Türkiyə gərginliyi dərinləşir: “Təcili olaraq…”

“Türkiyə NATO-nun Polşa və Baltikyanı dövlətləri üçün müdafiə planlarını həyata keçirməsinə mane olmamamlıdır”.

Türkiyə gərginliyi dərinləşir: “Təcili olaraq…”
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu NATO-nun sammitində iştirak etmək üçün İngiltərəyə səfər edən ABŞ müdafiə naziri Mark Esper deyib.

Esper qeyd edib ki, Türkiyənin iddiasının əksinə olaraq, NATO indiyədək YPG terror təşkilatına dəstək verməyib:

“Türkiyəyə mesajım budur ki, bu planları həyata keçirməliyik və bu, onların öz problemlərinə görə əngəllənməməlidir. İttifaqın birliyi və hazırlıqlı olması daha vacibdir. Hamı Türkiyənin verdiyi qərarı təsdiq etmək məcburiyyətində deyil. Hamı onların təhdid kimi qəbul etdiyi şeyləri də təhdid kimi görmür”.

Ötən həftə Türkiyənin NATO-nun Polşa və Baltikyanı dövlətlərdə müdafiə planlarını həyata keçirməsinə veto qoyduğu açıqlanıb. Rəsmi Ankaranın bu addımı müttəfiqlərin türk Silahlı Qüvvələrinin Suriyada reallaşdırdığı anti-terror əməliyyatlarına dəstək verməməsi səbəbindən atdığı bildirilib.