Türkiyə nüvə silahı hazırlayır - İnanılmaz iddia

Türkiyə nüvə silahı hazırlayır - İnanılmaz iddia
https://www.peyk.az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-də məlum çıxışı ölkəsinin artıq indidən nüvə silahının yaradılması fəaliyyətinə başladığı anlamına gələ bilər.

Axar.az xəbər verir ki, bu barədə Londonda nəşr olunan “Əl-Qüds” qəzetindəki məqalədə deyilir.

“1952-ci ildən bu yana NATO üzvü olan Türkiyənin “nüvə çətiri” var. Soyuq müharibə illərində və sonrasında Ankara NATO-nun digər üzvlərinin, xüsusilə ABŞ-ın nüvə siyasətinə olan bağlılığından şübhələndi. Türkiyə hələ də NATO-nun taktiki nüvə silahlarının yerləşdirildiyi Avropada az sayda ölkələrdən biridir. Eyni zamanda, Türkiyə son illərdə nüvə reaktoru proqramını inkişaf etdirməkdədir və bu durum onu nüvə silahını əldə etməyə sövq edə bilər”, - deyə bildirilib.

Qeyd edək ki, R.T.Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxışında bir qisim dövlətlərin nüvə silahına sahib olmasına icazə verilməməsini ədalətsizlik adlandırıb.

Türk lider bildirib ki, nüvə silahı ya hamı üçün məqbul olmalı, ya da tamamilə qadağan edilməlidir.