Türkiyə yenidən SİLKƏLƏNDİ, əhali küçələrə axışdı

Türkiyənin Manisa şəhərində daha bir zəlzələ qeydə alınıb.

Türkiyə yenidən SİLKƏLƏNDİ, əhali küçələrə axışdı
https://peyk.az

Peyk.az xəbər verir ki, yerli vaxtla saat 06:04-də 4 bal gücündə yeraltı təkan baş verib.

Bölgədə gecə boyunca 3 və daha çox ballıq 6 zəlzələ olub.

Sarsıntılar əhalini təşviş içində qoyub. Zəlzələnin baş verdiyi yerlərdə insanlar parklarda gecələyib.