Türkiyədə ata övladının gözləri qarşısında cinayət törədib

Türkiyədə 23 yaşlı qadın həyat yoldaşı və övladının gözləri qarşısında qətlə yetirilib.

Türkiyədə ata övladının gözləri qarşısında cinayət törədib
https://peyk.az

Peyk.az xəbər verir ki, hadisə Osmaniyə əyalətində baş verib.

Məlumata əsasən, Tuğba Kayanın atası onun başına atəş açaraq öldürüb. Tuğba, 4 aylıq hamilə olub.

Silah səsi eşidən qonşular polisə xəbər verib. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Tuğbanın atası həbs edilib. Həyat yoldaşı isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Hadisə ilə bağlı araşdırma davam edir.