Türkiyədə “Boinq” uçuş zolağından çıxdı

Türkiyənin Sabiha Gökçən hava limanında “Boinq 737-800” tipli sərnişin təyyarəsinin uçuş zolağından çıxması böyük təşvişə səbəb olub.

Türkiyədə “Boinq” uçuş zolağından çıxdı
https://peyk.az

Peyk.az xəbər verir ki, hadisədən dərhal sonra təyyarədəki sərnişinlər təxliyə edilib. Hazırda mütəxəssislər təyyarədə araşdırma aparırlar.

Olay səbəbindən Sabiha Gökçən hava limanının Ankara vaxtı ilə 11:20-yə qədər bağlanmasına qərar verilib.

Qeyd edək ki, “Boinq-737” təyyarələri müxtəlif vaxtlarda dəhşətli qəzalara uğradığı üçün bəzi ölkələr, eləcə də Azərbaycan bu təyyarələrin alışından imtina edib.