Türkiyədəki zəlzələ anı kamerada - Kəlmeyi şəhadət oxudular

Sosial şəbəkələrdə yayılan video izləyənləri təsirləndirir.

Türkiyənin Elazığ vilayətində baş verən güclü zəlzələ anında çəkilən görüntülərdə cavan oğlanın Kəlmeyi şəhadət oxuması əks olunub.

Evdəki əşyaların silkələndiyini görən gənc öləcəyini düşünərək şəhadət gətirib. Həmin anları onun otaq yoldaşı kameraya çəkib.

Qeyd edək ki, Elazığda baş verən 6,8 ballıq zəlzələ Türkiyənin 4 vilayətində hiss olunub, 20 nəfər ölüb, 922 nəfər xəsarət alıb.