Türkiyədən 108 il sonra ilk: Haftar belə vurulacaq

Türkiyə Silahlı Qüvvələri Liviyada ilk növbədə Xəlifə Haftarın aviasiya sahəsindəki üstünlüyünə zərbə vuracaq.

Türkiyədən 108 il sonra ilk: Haftar belə vurulacaq
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti araşdırma yayımlayıb.

Qəzet Liviyanın Ehtiyat Qüvvələr komandanı Nasir Əmmarın Türkiyənin Liviyaya radar və hava hücumundan müdafiə sistemləri, eləcə də mütəxəssislər göndərdiyini deməsinə diqqət çəkib.

“Türk ordusu Liviyada tüğyan edən terrorun qarşısını almaq üçün ölkəmizə gəlib. Hazırda liviyalı əsgərlərlə birlikdə döyüşürlər. Əsgər sayını açıqlaya bilmərəm. Türkiyənin yüksək üstünlüyə malik silahları ilə səmada görünən istənilən obyekti dərhal məhv edə bilərik”, - N.Əmmar bildirib.

Qeyd edək ki, türk ordusu sonuncu dəfə 108 il əvvəl Tripoli müharibəsində (1911-1912) Liviyada əməliyyat keçirmişdi. Bu, İtaliyanın Avropa dövlətlərinin köməyi ilə Osmanlı imperiyasından Kirenaika və başqa əyalətləri (Şimali Afrika) qoparıb, müstəmləkəyə çevirmək məqsədilə başlatdığı işğalçılıq müharibəsi idi. Qeyri-bərabər savaş İtaliyanın qələbəsi ilə başa çatmışdı.