Türkiyəli müğənniyə azərbaycanlı məşhur makiyaj edib.

Anar Ağakişiyev türkiyəli müğənni İrem Dericini makiyaj edib.

Türkiyəli müğənniyə azərbaycanlı məşhur makiyaj edib.
https://peyk.az

Peyk.az xəbər verir ki, türkiyəli sənətçi dünən Bakıda konsert verib. O, səhnə makiyajını vizaj ustası Anar Ağakişiyevə həvalə edib. Anarın əl işinə heyran qalan ulduz sosial şəbəkədə foto və video paylaşaraq ona təriflər yağdırıb:

“Dünyalar gözəli, çalışqan adam Anar Ağakişiyev əsl istedaddır. O, mənə yeni üz yaradacaq. Nə deyəcəyimi bilmirəm, bu makiyajı 4 ay üzümdən yumaram. Aynada özümə baxmaqdan doymuram, əllərinə sağlıq”.