Türkiyənin Liviya qərarına Misirdən - Etiraz

Liviyaya əsgər göndərilməsi barədə Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilən qətnaməyə ilk reaksiya Misirdən gəlib.

Türkiyənin Liviya qərarına Misirdən - Etiraz
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə məlumatı “Yeni Akit” qəzeti yayıb.

Məlumata görə, Misir Xarici İşlər Nazirliyi sözügedən qətnaməni qınayaraq, bu qərarın Berlin prosesinə mənfi təsir edəcəyi barədə açıqlamaya yayıb.

Həmçinin Türkiyənin BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsini pozduğunu bildirən rəsmi Qahirə bu qərarın Aralıq dənizində sabitliyi təsir edəcəyini qeyd edib.

Qeyd edək ki, bu gün Türkiyə Böyük Millət Məclisi (TBMM) Liviyaya əsgər göndərilməsi barədə qətnaməni qəbul edib.