UEFA səbətləri açıqladı - Avro-2020

UEFA Avro-2020-nin final mərhələsinin püşkü üçün səbətləri açıqlayıb.

UEFA səbətləri açıqladı - Avro-2020
https://peyk.az

Peyk.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Türkiyə millisi üçüncü səbətdə yer alıb:

Birinci səbət: Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna

İkinci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Hollandiya, Rusiya

Üçüncü səbət: Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya

Dördüncü səbət: Uels, Finlandiya, A, B, C, D yolunda pley-offun qalibləri

Qeyd edək ki, püşkatma mərasimi noyabrın 30-u Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.