"Ümid edirik ki, Kim Çen In sülhü seçəcək" - Pompeo

Rəsmi Vaşinqton, ümid edir ki, Pxenyan qarşıdurmaya səbəb ola biləcək addım atmayacaq. Peyk.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Maykl Pompeo deyib.

https://peyk.az

Onun sözlərinə görə, Koreya Xalq Demokartik Respublikasının yeni strateji silahlar hazırlamağa dair açıqlamaları narahtlılıq doğurur:

"Hesab edirəm, KXDR-nin Dövlət Şurasının Sədri Kim Çen In fərqli bir yol seçəcək. Ümid edirik ki, o, münaqişə və müharibə deyil, sülh və tərəqqini seçəcək" - deyə, Pompeo əlavə edib.