Vəfat edən Oman Sultanı haqda maraqlı faktlar

Uzun sürən xəstəlikdən sonra ötən gün 79 yaşında dünyasını dəyişən Kabus bin Səid müsəlman dünyasının ən uzun müddət hakimiyyətdə olan monarxlarından biridir.

Vəfat edən Oman Sultanı haqda maraqlı faktlar
https://peyk.az

Peyk.az xəbər verir ki, Kabus bin Səid hakimiyyətə münaqişə və itki olmayan çevrilişlə, atasını devirmklə 1970-ci ildə gəlib. Kabus ibn Səidin digər Körfəz ölkələrinin monarxlarından fərqli olaraq, övladı olmayıb, cəmi bir dəfə qohumu ilə evlənib, üç ildən sonra isə boşanıb və bir daha ailə qurmayıb.

Sultan Omanınn inkişafı üçün çox işlər görüb, neftdən səmərəli istifadə edib və xalqın qayğısına qalıb. Onun elmə, mədəniyyətə böyük diqqət göstərdiyi deyilir. Fars körfəzində ilk opera da Omanda onun dövründə açılıb.

Onu həm yerli sakinlər, həm də Omana işləməyə gələn xaricilər çox sevirmiş.

Sultan öldüyü gün ondan sonra hakimiyyətə kimin gələcəyi məlum deyildi. Övladı olmadığı üçün əmisi oğlanlarından hansısa hakimiyyətə yiyələnməliydi. Hakimiyyətə əsas namizədlər mərhumun üç əmisi oğlu idi. Əgər seçim edə bilməsəydilər, mərhum Sultanın ölümündən əvvəl yazdığı zərf açılmalı idi. Çünki Sultan xələfinin adını ora yazır. Lakin artıq Omanın yeni sultanı bəlli olub. Onun yerinə əmisi oğlu, ölkənin Mədəniyyət naziri Heysəm bin Tariq əl-Səid taxta çıxıb.