Viski içdi, halı pisləşdi və xəstəxanada öldü

Bakıda ölüm hadisəsi baş verib.

Viski içdi, halı pisləşdi və xəstəxanada öldü
https://peyk.az

Peyk.az apa-ya istinadən xəbər verir ki, hadisə 1 saylı Şəhər Klinitki Tibbi Mərkəzində qeydə alınıb. Dekabrın 29-da Nizami rayon sakini, 1981-ci il təvəllüdlü Bünyatov Pərviz Şiraslan oğlu zəhərlənmə diaqnozu ilə KTM-nin Taksikologiya Şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, P. Bünyatovun həyatı xilas etmək mümkün olmayıb. O, bu gün günorta saatlarında xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, P. Bünyadov restoranların birində viski içdikdən sonra halı pisləşib və xəstəxanaya aparılıb.Bir müddət öncə viskidən daha bir neçə nəfər zəhərlənmiş və onlardan biri həyatını itirmişdi.