“Windows 7” əməliyyat sisteminin fəaliyyəti dayandırılır

“Microsoft” şirkəti yanvarın 14-dən sonra “Windows 7” əməliyyat sisteminin fəaliyyətini dayandıracaq.

“Windows 7” əməliyyat sisteminin fəaliyyəti dayandırılır
https://peyk.az

Peyk.az-ın verdiyi xəbərə görə, şirkət tərəfindən ictimaiyyətə verilən açıqlamada on gün ərzində əməliyyat sistemini yeniləmələri tövsiyə olunur.

Çünki artıq 10 ildir işləyən “Windows 7” yanvarın 14-dən sonra “Microsoft” tərəfindən dəstəklənməyəcək. Yəni bu əməliyyat sistemi artıq yenilənməyəcək və təhlükəsizlik tədbirlərinə cavab verməyəcək.

Məlumata görə, “Windows 7” əməliyyat sistemi masaüstü fərdi kompüterlərin 40 faizində quraşdırılıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin ötən ilin dekabr ayının ortalarında iş otağından yayılan fotosunda onun kompüterində hələ də “Windows 7” əməliyyat sisteminin olduğu diqqət çəkmişdi.