Windows 7 TƏHLÜKƏLİDİR

Britaniyanın Milli Kiber Təhlükəsizlik Mərkəzi (NCSC) "Windows"un yeni versiyasına keçməyin zərurəti barədə xəbərdarlıq edib.

Windows 7 TƏHLÜKƏLİDİR
https://peyk.az

Peyk.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Teleqraf.com yazır.

Casusluq əleyhinə agentlik "Windows 7"-ni təhlükəli bilir və ən qısa zamanda istifadəsini dayandırmağı məsləhət görür. Mütəxəssislər bildirir ki, yanvarın 14-dən etibarən "Microsoft" məşhur OS sistemini dəstəkləməyəcək, bu isə hücumların artmasına səbəb ola bilər.
"Windows 7" istifadəçilərinə xüsusilə internet bankçılığı xidmətlərindən və e-poçt müştərilərindən istifadə etməmək tövsiyə olunur.