Xəlifə Haftarın ordusu Sirt şəhərini ələ KEÇİRDİ

Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu Sirt şəhərini ələ keçirib.

Xəlifə Haftarın ordusu Sirt şəhərini ələ KEÇİRDİ
https://peyk.az

Peyk.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq şəhərin bir çox hissəsi, eləcə də dəniz limanı Haftarın ordusunun nəzarətindədir.

Məlumata görə, Liviya Milli Ordusu əvvəlcə limanı ələ keçirib, sonra şəhərə daxil olub.

Qeyd edək ki, Sirt ərazisinə görə Liviyanın üçüncü ən böyük şəhəridir.