Xamenei: Gecə onlara sillə vurduq, lakin bu, Süleymaninin cavabı deyil

İranın ali lideri Ayətullah Seyid Əli Xamenei Qum şəhərinə səfəri zamanı ABŞ bazalarına endirilən raket zərbələrindən danışıb.

Xamenei: Gecə onlara sillə vurduq, lakin bu, Süleymaninin cavabı deyil
https://peyk.az

Peyk.az "İnterfax"a istinadən xəbər verir ki, Ayətullah Xamenei çıxışı zamanı Birləşmiş Ştatlara sillə vurulduğunu deyib, lakin bunun general Qasım Süleymaninin ölümü ilə bərabər olmadığını bildirib.

"Bu gecə biz onlara sillə vurduq. Lakin bu, onların etdiyi ilə müqayisədə bərabər deyil. İntiqam başqa məsələdir. Hərbi iş yetərli deyil. Edilən raket hücumları İranın ən zəif qarşılıq ssenarisi idi", - deyə İranın ali lideri vurğulayıb.