Xamenei “həll yolu” təklif etdi: Cihad və müharibə!

Fələstinlilər gərək İsrailə qarşı müharibə başlatsınlar.

Xamenei “həll yolu” təklif etdi: Cihad və müharibə!
https://peyk.az

Peyk.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində İran Ali Dini lideri Əli Xamenei paylaşıb. O, fələstinlilərin ABŞ-ın təqdim etdiyi “əsrin müqaviləsi”nə qarşı cihad elan etməli olduğunu bildirib:

“Onlar öz sui-qəsdlərini silah və rüşvət köməyi ilə reallaşdırmağa cəhd edəcəklər. Həll nədir? Həll fələstinlilərin cəsarətli müqaviməti, düşmən sionistlər və ABŞ-ı cihadın köməyi ilə qovmasıdır”, – deyə o bildirib. O, bütün müsəlman dünyasının bu müqavimətə dəstək göstərməli olduğunu deyib.