Xarici ölkələrin hərbi qüvvələri İraqdan çıxarılacaq

İraq parlamenti xarici ölkələrin hərbi qüvvələrinin ölkədən çıxarılması barədə qərar qəbul edib.

Xarici ölkələrin hərbi qüvvələri İraqdan çıxarılacaq
https://peyk.az

Peyk.az xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Parlamentarilər İŞİD terror təşkilatı ilə mübarizə üzrə koalisiya ilə sazişin dayandırılması və xarici ölkələrin qoşunlarının ölkədən çıxmasına səs verib. 

Nümayəndələr Şurasının təcili iclasında qəbul edilən bir qətnamədə, deputatlar "hökumətdən xarici qüvvələrin respublikadakı hərbi varlığına son qoymağı və beynəlxalq antiterror koalisiyasının qüvvələri ilə bağlanmış təhlükəsizlik müqaviləsi çərçivəsində işlərini dayandırmağı tələb edib".

Xatırladaq ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.