Xarici pasportlarla bağlı YENİ QƏRAR

Avropa ölkələrinə vizasız səyahət imkanı verən pasportlara məhdudiyyət qoyulub.

Xarici pasportlarla bağlı YENİ QƏRAR
https://peyk.az

Peyk.az xəbər verir ki, yaşıl və boz pasportlardan birinə sahib olan insanlar əvvəldən qeydiyyatdan keçməlidir.

Avropa Parlamenti bu qərarı sərhəd nəzarətinin təmin edilməsi, epidemiya təhlükəsi, qanunsuz miqrasiya, təhlükəsizlik təhdidi və öz ölkələrinin vətəndaşlarını qorumaq üçün qəbul etdiyini bildirib. Avropaya səyahət etmək istəyən yaşıl və boz passport sahiblərinin aldığı icazə 3 il keçərli olacaq.

Qeyd edək ki, qərar 2021-ci ildən etibarən qüvvəyə minəcək. Qeydiyyatdan keçən şəxslər giriş icazəsi ala bilmək üçün 7 avro ödəməlidir.
18 yaşdan aşağı, 70 yaşdan yuxarı şəxslərə bu qərar tətbiq edilməyəcək.