Xiaomi Mi Band 5 haqqında məlumatlar verilib

Mi Band fitnes qolbağı Xiaomi şirkətinin ən məşhur məhsullarındna biri sayılır. Belə ki. şirkət keçən il təkcə 8 günə 1 milyon ədəd Mi Band 4 sata bilmişdi.

Xiaomi Mi Band 5 haqqında məlumatlar verilib
https://peyk.az

Bu il isə tamamilə yeni Mi Band 5-in təqdimatı gözlənilir. Buna görə də internetdə yeni fitnes qolbaq barəsində məlumatlar ortaya çıxıb. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə insayderlərin verdikləri məlumatlara əsasən Mi Band 5 qolbağı 1.2 düym ekran ilə təchiz olunacaq.

    Bu isə Mi Band 4 ilə müqayisədə nəzərə çarpacaq dəyişiklikdir. Belə ki, Mi Band 4 modeli 0.95 düym ekran ilə təchiz olunur. Məlumatda həmçinin qeyd edilib ki, ekran ölçüsünün böyüdülməsindən əlavə olaraq ekran matrisası daha kontrastlı olacaq. Bu isə öz növbəsində daha parlaq işıqlı mühitdə qolbaq ekranında nəyinsə rahat oxunmasını təmin edəcək.

    Yeni Mi Band modelində ekranın hansı formada olacağı məlum deyil. Lakin məlumatda qeyd edilib ki, Mi Band 5-in çəkisi əvvəlki modellər ilə müqayisədə bir qədər aşağı olacaq. Həmçinin ən son məlumat sızıntılarında qeyd edilib ki, Xiaomi şirkəti NFC modula sahib Mi Band 5-i qlobal bazarda satışa çıxartmağı planlaşdırır. Həmçinin Google Pay və digər ödəniş servislərinin dəstəklərinin olacağı da qeyd edilib. Əgər bu məlumat həqiqət olsa deməli qlobal bazardakı istifadəçilər Mi Band 5 ilə ödənişləri reallaşdıra biləcəklər. Mi Band 5-in bu ilin ikinci rübündə 26$ qiymətində satışa çıxacağı gözlənilir.