Xiaomi şirkəti Mi Max smartfon seriyasına tamamilə son qoydu

Hələ bu ilin yay fəslində Xiaomi şirkəti bildirmişdi ki, Mi Max smartfon seriyasında yeni modellər satışa çıxmayacaq.

Xiaomi şirkəti Mi Max smartfon seriyasına tamamilə son qoydu
https://peyk.az

Bu bəyanat ən azından bu il üçün dəqiq idi. Lakin daha sonra Xiaomi şirkətinin vitse-prezidenti və Redmi brendinin rəhbəri vəzifəsində çalışan Lu Weibing bildirmişdi ki, Mi Max seriyasının yeni modelləri ilə Redmi brendi məşğul ola bilıər. Lakin indi o bu məsələ ilə bağlı dəqiq məlumat verib.

    Bu barədə IThome saytı xəbər verib. Beləliklə Çinin Weibo sosial şəbəkəsində istifadəçilərin suallarına cavab verən zaman Lu Weibing bildirib ki, şirkət Mi Max seriyasında daha heç bir smartfon istehsal etməyəcək. Səbəb isə çox sadədir. Belə ki, Mi Max seriyası ilk əvvəldən böyük ekrana və böyük batareya həcminə sahib smartfonlar üçün nəzərdə tutulmuşdu.

    Lakin bu cür özəlliklərə sahib smartfonlar şirkətin digər smartfon seriyalarında da var. Məsələn 6.47 düym ekrana və 5260 mAh enerji tutumlu batareyaya sahib Mi Note 10 və ya 6.53 düym ekrana və 4500 mAh enerji tutumlu batareyaya sahib Redmi Note 8 Pro. Buna görə də böyük ekrana və böyük batareya həcminə sahib ayrıca smartfonu istehsal etməyin mənası yoxdur.