Yandırılan 10 yaşlı Nərmin dəfn edildi

Tovuz rayonunun Donar Quşçu kəndində itkin düşən və dünən yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın dəfn mərasimi keçirilir.

Yandırılan 10 yaşlı Nərmin dəfn edildi
https://peyk.az

Peyk.az xəbər verir ki, dəfn mərasimində millət vəkili Qənirə Paşayeva, Tovuz rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmilər iştirak edir.

Nərmin Quliyeva Dondar Quşçu kəndinin qəbiristanlığında torpağa tapşırılacaq.