Yaponiyada həyəcan siqnalı - AES-də təhlükə

Yaponiyada "İkata" Atom Elektrik Stansiyasında (AES) qeyri-standart vəziyyət yaşanıb.

Yaponiyada həyəcan siqnalı - AES-də təhlükə
https://peyk.az

Peyk.az xəbər verir ki, "İkata"nın dayandırılmış üçüncü blokunda yanacaq qutularını onları reaktorda saxlayan yuxarı hissə ilə birlikdə çıxaran zaman 48 tənzimləyici kasetdən biri də təsadüfən qaldırılıb.

Baş vermiş hadisədən sonra ətrafa radiasiya yayılması və ya hər hansı təsir qeydə alınmayıb. Bu, plutonium və MOX (Mixed-Oxide fuel) uran qarışığı yanacağının ilk dəfə reaktordan çıxarılması təcrübəsidir.