Yasamalda 37 yaşlı kişi kürəyindən bıçaqlandı

Yasamalda 37 yaşlı kişi kürəyindən bıçaqlandı
https://peyk.az
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Ölkə.Az" xəbər verir ki, qanlı hadisə rayonun “Şamaxinka” adlanan ərazisində baş verib. 37 yaşlı Quliyev Taleh Əli oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılan yaralıya döş qəfəsinin arxa hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.