Yeddi ekranlı noutbuk buraxılacaq

Britaniyanın Expanscape şirkəti dünyada ilk dəfə 7 ekranı olan “Aurora” noutbukunu təqdim edib.

Yeddi ekranlı noutbuk buraxılacaq
https://peyk.az

Peyk.az xəbər verir ki, noutbuk 7 peşəkar istifadə üçün hazırlanıb.

Portativ kompüterin əsas ekranına daha 5 beş ekran əlavə olunub. Yeddinci əlavə ekran isə cihazın klaviaturası altındakı boşluğa salınıb.

Dörd ekranın diaqonalı 17.3 düym və 4K, qalan 3-ü yeddi düym diaqonalı və Full HD-dir.

Cihazın ətraflı xüsusiyyətləri və dəyəri açıqlanmır.

Expanscape, yeni məhsulun dörd nüvəli Intel i7 prosessoru, NVMe SSD və 64 gigabayt RAM ilə birlikdə olduğunu açıqlayıb.

Cihazın tərtibatçıları deyiblər ki, gadget istehsal mərhələsindədir, yaxın gələcəkdə şirkət satışa hazır bir model buraxacağını vəd edir.