Yerevanda orta məktəb şagirdi bıçaqlanıb

Ermənistanın paytaxtı Yerevandakı orta məktəblərdən birində bıçaqlanma hadisəsi olub.

Yerevanda orta məktəb şagirdi bıçaqlanıb
https://peyk.az

Peyk.az reporta istinaden xəbər verir ki,hadisə 114 saylı təhsil müəssisəsində qeydə alınıb.

Belə ki, idman dərsi zamanı şagirdlərdən biri digərinə bıçaq xəsarəti yetirib. Yaralı tibb mərkəzinə çatdırılıb.

Hadisə ilə əlaqədar məktəbə polisin operativ qrupu gəlib. Asayiş keşikçiləri xəsarət alan şəxsin 16 yaşlı şagirdi David A.olduğunu müyənnələşdiriblər. Hadisəni törətməkdə şübhəli bilinən digər şagird idman müəllimi ilə birlikdə polis bölməsinə aparılıb. Fakt üzrə materiallar toplanır.

Ermənistan mətbuatının məlumatına görə, həmin bu, gün ərzində gənclər arasında belə qəbildən olan növbəti cinayət hadisəsidir.