Yol polisi maşınının qəzaya düşmə anı - DƏHŞƏTLİ REAL VİDEO

Bir neçə gün əvvəl Bakı-Qazax avtomagistralının Hacıqabuldan keçən hissəsində qəzaya düşən yol polis maşınının qəza anının videosu yayılıb.

Peyk.az xəbər verir ki, hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayının 99 - YP - 870 dövlət qeydiyyat nişanlı patrul maşını idarəetməni itirərək, yol kənarındakı dəmir maneəyə çırpılıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.