"Yunayted"i sərt şəkildə tənqid etdi

"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq futbolçusu Pol Parker komandanın hazırkı durumu kəskin tənqid edib.

https://peyk.az

Peyk.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, "qırmızı şeytanlar"ın indiyə qədərki ən pis dövrünü keçirdiyini söyləyib: "Hazırkı "Mançester Yunayted" bütün dövrü ərzindəki ən pis komandadır. “MY” 2013-cü ildən bəri zəifləyir. O vaxtdan sonra cəmi 3 kubok qazanılıb. Vəziyyəti qısa müddət ərzində dəyişməsələr, hər şey daha da pisləşəcək. "Mançester Yunayted" transfer bazarında düzgün taktikadan istifadə etməlidir. Klub rəhbərliyi başa düşməlidir ki, yeni oyunçuların keçidi dərhal uğur qazandırmayacaq".

Qeyd edək ki, P.Parker 1991-1996-cı illərdə “MY”də oynayıb.