"Yuventus" Merihlə bağlı qərarı verdi

"Yuventus" futbolçusu Merih Demiralı komandada saxlamaq niyyətindədir.

Peyk.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi üçün "Lester", "Arsenal",  Dortmunt "Borussiya"sı Turin klubuna təklif göndərib. "Qoca senyora" isə türkiyəli oyunçunu satmaq istəmədiyini bildirirərək,  təklifləri rədd edib.

Qeyd edək ki, M.Demiral ötən ildən "Yuventus"un formasını geyinir.