Yuventus" Ronaldu ilə müqaviləni uzatmaq istəyir

İtaliyanın "Yuventus" klubu ulduz futbolçusu Kriştianu Ronaldu ilə müqavilənin müddətini uzatmaq istəyir.

Yuventus
https://peyk.az

Peyk.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçunun meneceri Jorje Mendeş dekabrın 29-da Turin klubunun nümayəndələri ilə danışıqlar aparıb.

Qeyd edək ki, Kriştianu Ronaldunun mövcud sözləşməsi 2022-ci ilin yayında başa çatır. O, İtaliya klubunda illik təxminən 35 milyon avro qazanır.