Zaqatalada narkobaron tutuldu

Zaqatala rayonunda narkobaron saxlanılıb.

Zaqatalada narkobaron tutuldu
https://peyk.az

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, narkotik vasitələrin saxlanılması və onun satışı ilə məşğul olan Zaqatala şəhər sakini, əvvəllər də məhkum olunmuş 42 yaşlı Rəşad Hünərbəri tutulub.

Qanunvericiliklə müəyyən edilmiş qaydada onun yaşadığı evə baxış keçirilən zaman oradan ümumi çəkisi 62,27 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Zaqatalada narkobaron tutuldu - FOTOZaqatalada narkobaron tutuldu - FOTO