Zelenski Omana səfərini yarımçıq kəsdi – Təcili Kiyevə qayıdır

Ukrayna Prezidenti Vladimir Zelenski İranın paytaxtı Tehran yaxınlığında ölkəsinə məxus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar təcili şəkildə Omandan Kiyevə qayıdır.

Zelenski Omana səfərini yarımçıq kəsdi – Təcili Kiyevə qayıdır
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə RİA-Novosti Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Qeyd edək ki, bu gün sübh çağı Tehran hava limanından havaya qalxan Ukraynaya məxsus sərnişin təyyarəsi az sonra qəzaya uğrayıb. Təyyarədə olan 167 sərnişinin hamısı həlak olub.