Zelenski: Ordumuz NATO-ya uyğunlaşdırılacaq

Ukrayna Prezidenti Vladimir Zelenski silahlı qüvvələrin sözdə deyil, əməldə NATO standartlarına uyğunlaşdırılacağı vədini verib.

Zelenski: Ordumuz NATO-ya uyğunlaşdırılacaq
https://peyk.az

Peyk.az xəbər verir ki, o, bunu Donbasda ukraynalı əsgərlərlə görüş zamanı söyləyib.

Görüş Prezidentin ofisinin Feysbuk səhifəsində canlı yayımlanıb.

“Ordusuna dəstək verməyən və qayğı göstərməyən ölkəyə heç kim hörmət etməz. Buna görə biz Ukrayna Silahlı Qüvvələri üçün tələb olunan dəyişiklikləri həyata keçirmək məqsədilə əlimizdən gələni edəcəyik”, - deyə Zelenski bildirib.