Zelenski: Roma Papası məni "Dünyanın prezidenti" adlandırdı

Vatikanda səfərdə olan Ukrayna lideri Vladimir Zelenski bildirib ki, Roma Papası Fransısk onu "Dünyanın prezidenti" adlandırıb.

Zelenski: Roma Papası məni
https://peyk.az

Peyk.az TASS-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti ofisinin Mətbuat xidmətindən məlumat veriblər.

Zelenski bu açıqlamanı Vatikanda Roma Papası ilə görüşdən sonra verib.

O qeyd edib ki, hal-hazırda "Avropada onun barəsində belə imic formalaşıb".

Daha əvvəl bildirilirdi ki, Vatikandakı görüşdə Prezident və Papa Donbasdakı qarşıdurma fonunda Yunan Katolik Kilsəsi və Ukraynadakı kilsə işləri mövzusunu müzakirə ediblər. Hədiyyələr mübadiləsi aparılıb. Bundan əlavə, Zelenski Papanı Ukraynaya dəvət edib.