Zelenskidən İrana tələb: “İndi isə üzr və təzminat ödəmək vaxtıdır”

“İran günahını qəbul etdi, indi isə üzr istəməli və təzminat ödəməlidir”.

Zelenskidən İrana tələb: “İndi isə üzr və təzminat ödəmək vaxtıdır”
https://peyk.az

Peyk.az xəbər verir ki, “Boinq 737” sərnişin təyyarəsinin İran ordusu tərəfindən vurulmasının təsdiq edilməsinə münasibət bildirən Ukrayna Prezidenti Vladimir Zelenski belə deyib.

O, hesab edir ki, İran hökuməti qəzada həyatını itirənlərin yaxınlarına təzminat ödəməlidir:

“Bu gün səhər yaxşı başlamadı, amma həqiqətlər üzə çıxdı. Beynəlxalq komissiya işə qarışmadan İran günahını etiraf etdi. Biz İrandan cinayətin məsuliyyətini tamamilə öz üzərinə götürməsini gözləyirik. İranın açıq bir istintaqa hazır olacağına ümid edirik.

Günahkarlar cavab verməli, ölənlərin cəsədləri ailələrinə təhvil verilməlidir. Qurbanların yaxınlarına təzminat ödənilməli, diplomatik kanallar vasitəsilə rəsmi üzr istənilməlidir”.

İran hökuməti bir neçə gün əvvəl Tehranda qəzaya uğrayan Ukrayna sərnişin təyyarəsinin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu etiraf edib.