Zelenskidən Putinlə görüş barədə kritik açıqlama: “Güzəştə getdik...”

Ukrayna Prezidenti Vladimir Zelenski Parisdə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi 15 dəqiqəlik görüşdə aparılan danışıqlar barədə danışıb.

Zelenskidən Putinlə görüş barədə kritik açıqlama: “Güzəştə getdik...”
https://peyk.az

Peyk.az xəbər verir ki, Ukrayna prezidenti danışıqlar zamanı bir sıra güzəştlər olduğunu qeyd edib:

“Mən bilmirəm kim daha çox güzəştə getdi, hazırda ən doğrusu diplomat olmaqdır, biz hələ indi danışıqlara başlamışıq. Gəlin, hələlik bu nəticəyə heç-heçə deyək”.

Qeyd edək ki, Vladimir Putin ilk açıqlamasında Ukrayna prezidenti ilə görüşdən razı qaldığını bildirib. Bu, Putinlə Zelenskinin ilk görüşüdür.