Zelenskidən üç ölkəyə çağırış: "Təyyarə, böyük ehtimalla, raketlə vurulub..."

Ukrayna Prezidenti Vladimir Zelenski İranda qəzaya uğrayan təyyarə ilə bağlı çağırış edib.

Zelenskidən üç ölkəyə çağırış:
https://peyk.az

"Hürriyyet"in məlumatına görə, Zelenski təyyarənin, böyük ehtimalla, raketlə vurulduğunu qeyd edib.

"Təyyarə, böyük ehtimalla, raketlə vurulub, ancaq bu məlumatı hələlik təsdiqləyə bilmirik. ABŞ, Kanada və Böyük Britaniya hökumətlərinin bu fəlakətlə bağlı əllərindəki bütün məlumatları istintaq komissiyası ilə paylaşmasına çağırış edirəm", - Zelenski bildirib.