Zirəddin: "Röya avtomobil qəzasına düşəcək, Faiq, Aygün..."

Ekstrasens Zirəddin Rzayev verilişlərin birində qonaq olub.

Zirəddin:
https://peyk.az

SİA-nın məlumatına görə, o, bir müddət öncə ölümlə üz-üzə gəldiyini bildirib: "Mən ölmüşdüm. Anam artıq ağlayırdı. Hər kəs bilirdi ki, vəziyyətim gərgindir. Heç bir həkim diaqnoz qoya bilmirdi. Çəki itirmişdim. Yeriyə bilmirdim. Yuxusuzluq, temperaturumun qalxması məni çox narahat edirdi. Allaha əlimi açdım və ürəkdən dua etdim. O, da mənə şəfa verən həkimi gözümün qarşısına gətirdi. Həmin həkim dostum idi. Onunla telefon əlaqəsi yaratdım. Həkim mənə 3 iynə adı dedi. Həmin iynələrlə sağaldım.

Onu da deyim ki, bir çox insanlara səhhətləri ilə bağlı kömək etmişəm. Amma özümə əlac edə bilmədim. Çünki Allah hər bir bəndəsini sınağa çəkir".

O, proqram zamanı məşhurlar haqqında proqnozlar verib.

Xalq artisti Aygün Kazımova: "2020-ci ildə yaradıcılığında yüksəlişlər olacaq. Amma səhhətində problemlər yaranacaq. Şəxsi həyatında isə hələki sakitçilikdir".

Xalq artisti Röya Ayxan: "Şəxsi həyatında ciddi dəyişiklər görmürəm. Amma Röya xanımın həyatında elə birisi olacaq ki, onun üçün önəmli rolu olacaq. Bunun adına gizli sevgi deyərdim. Onu da deyim ki, Röya xanım avtomobil qəzasına düşə bilər. Ona görə ehtiyyatlı olsun. 2-3 ildən sonra onun yaradıcılığı ilə bağlı problemləri də yarana bilər".

Xalq artisti Faiq Ağayev: "2020-ci ildən sonra yaradıcılığı ilə bağlı yenilik ola bilər. Ya biznesmen olacaq və ya vəzifəyə gedəcək. Amma musiqidən uzaqlaşmayacaq. Ömrünün sonuna kimi səhnədə olacaq".

Aparıcı Afaq Gəncəli: "Qarşısında uğurlar var. İki ildən sonra yaradıcılığında hər şey daha da yaxşı olacaq".

Ekstrasens 2020 və 2021-ci illərdə "Xalq artisti" adına layiq görüləcək müğənnilərin adlarını açıqlayıb: "O, ifaçılardan biri Nadir Qafarzadədir".

Zirəddin 2020-ci ildə iki məşhurun boşanacağını da deyib: "2020-ci ildə iki məşhur boşanacaq. Bu ayrılıq hər kəs də təəccüb yaradacaq. Amma evlənənlərin də sayı çox olacaq".